featured-image-511

“Gözəl oyun oldu. İki güclü komanda qarşılaşdı. Hər ikisi yüksək yerlər uğrunda mübarizə aparır. İlk qolu biz vurduğumuz üçün üstünlük bizim tərəfimizə keçdi və sonda qalib gəldik”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Eddi İsrafilov “Qəbələ”yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Dubl edən yarımmüdafiəçi hər dəfə maksimumu verə bilmək üçün çalışdığını vurğulayıb: “Bu, uzun yoldur və burada sənə dəstək verən çox adam olmur. Sonda daha yaxşı nəticə göstərmək üçün çox çalışmalıyam”.

O, 2 ildən sonra yenidən yığmaya çağırıldığını təsdiqləyib: “Milli komandaya dəvət almışam. Çalışacağam ki, orada da əlimdən gələni edim və yığmaya köməyim dəysin”.

Eddi sonda vurduğu qolları qızına həsr etdiiyni söyləyib: “Hazırda ancaq “Neftçi”nin uğurlarını düşünürəm. Adaptasiya dövrünü keçmişəm. İndi bütün fikrim komandamdadır”.

Bənzər xəbərlər