Milner daha bir mövsüm Premyer Liqa klubunda
İngiltərənin “Brayton” klubuu futbolçusu Ceyms Milnerlə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
38 yaşlı yarımmüdafiəçinin sözləşməsi daha bir il artırılıb.
Ötən ilin yayında “Brayton”a keçən İngiltərə millisinin sabiq üzvü bu mövsüm komandada ümumilikdə 20 oyunda iştirak edib və 2 qol ötürməsi verib.