Milner Lempardı keçdi
Ötən gün keçirilən “Çelsi” – “Liverpul” matçı “qırmızılar”ın futbolçusu Ceyms Milner üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, qolsuz heç-heçəylə bitən matç Milnerin İngiltərə Premyer Liqasında 610-cu oyunu olub. Bununla da, 37 yaşlı futbolçu PL-da oyun sayına görə Frenk Lempardı keçərək 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Premyer Liqada ən çox oyun keçirən futbolçuların siyahısında Rayan Qiqqz (633 oyun) ikinci, Qaret Berri (653 oyun) isə vahid liderdi.
Royal Türksoy







