Milner Rayan Giqqzə çatdı
İngiltərənin “Brayton” klubunun futbolçusu Ceyms Milner Premyer Liqada yeni nailiyyətə imza atıb.
Msport.az-ın məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi buna XX turda “Vest Hem”lə matçda iştirak etməklə nail olub.
İngiltərəli oyunçu liqada 632-ci qarşılaşmasını keçirib və bu göstəricidə “Mançester Yunayted”in sabiq üzvü Rayan Giqqzə çatıb. Onlar çempionat tarixində ikinci pillədə qərarlaşıblar.
Premyer Liqanın rekordu isə 653 oyunda meydana çıxmış Qaret Barriyə məxsusdur.
Qeyd edək ki, “Vest Hem” – “Brayton” görüşü qolsuz heç-heçə ilə yekunlaşıb.