featured-image-25128

Simon Minyole Belçika millisində karyerasını başa vurub. Msport.az xəbər verir ki, “Brügge”nin qapıçısı 2011-ci ildən yığma komandada çıxış edirdi. O, sosial şəbəkədə bununla bağlı paylaşım edib:

“Bəzən biz çətin qərarlar verməli oluruq. 13 il ölkəmin uğurları üçün oynadıqdan sonra Belçikanın “qırmızı şeytanlar”ı ilə vidalaşmalı oluram. Bütün komanda yoldaşlarıma, azarkeşlərə, personala hər kəsə təşəkkür edirəm”.

Minyole Belçika seçməsində 35 oyun keçirib ki, bunların 10-da qapısının toxunulmazlığını qoruyub saxlaya bilib O, DÇ-2018-də bürünc medal qazanıb.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər