featured-image-54912

Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Miraelm Pyaniç  karyerasını Rusiyada davam etdirəcək. Msport.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov teleqramda paylaşım edib.

Onun sözlərinə görə, yarımmüdafiəçi ÇSKA ilə müqavilə bağlayacaq. 34 yaşlı oyunçunun anlaşması 2025-ci ilin iyununa kimi olacaq.

Pyaniçin sabah tibbi müayinədən keçəcəyi gözlənilir.

Təcrübəli  futbolçu “Roma”, “Yuventus”, “Barselona”, “Beşiktaş” kimi klublarda çıxış edib. Son vaxtlar o, BƏƏ-nin “Şardji” komandasının şərəfini qoruyurdu.

Bənzər xəbərlər