Miralem Pyaniçin yeni komandası məlum oldu
Miralem Pyaniç karyerasını MLS-də “Sent-Luis Siti” klubunda davam etdirəcək. Msport.az xəbər verir ki, bu barədə jurnalist Tom Buqer paylaşım edib.
Onun sözlərinə görə, “Sent- Luis” 35 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayacaq
“Sent-Luis” MLS-in Qərb Zonasında autsayderlər arasındadır.
Pyaniç son olaraq Moskvada ÇSKA-nın formasını geyinib. Bosniyalı futbolçu buna qədər “Lion”, “Roma”, “Yuventus”, “Barselona”, “Beşiktaş” kimi klubların şərəfini qoruyub.
O, Bosniya və Herseqovina millisinin heyətində 115 oyunda 18 qol vurub.