featured-image-39392

Ukraynanın “Dinamo” klubundan ayrılan Mirça Luçesku Türkiyənin “Beşiktaş” komandasının sükanı arxasına keçə bilər.

Msportaz “Digi Sport”a istinadən xəbər verir ki, 78 yaşlı mütəxəssis hazırda İstanbul təmsilçisi ilə danışqlar aparır.

Qeyd edək ki, rumıniyalı baş məşqçi noyabrın 3-də Kiyev klubu ilə vidalaşıb və karyerasını başa vurduğunu açıqlamışdı. Luçesku 2002-2004-cü illərdə “Beşiktaş”da işləyib. Türkiyə təmsilçisində baş məşqçi səlahiyyətlərini Burak Yılmaz yerinə yetirir.

Bənzər xəbərlər