Mirça Luçeskudan yeni rekord
Rumıniya milliinin baş məşqçisi Mirça Luçesku yeni rekord müəyyənləşdirib. Msport.az xəbər verir ki, o, millinin sükanı arxasında oyuna çıxan ən yaşlı məşqçi kimi tarixə düşüb.
Təcrübəli mütəxəssis 80 yaş, 1 ay, 7 günlüyündə Rumıniya yığmasını meydana çıxarıb. Lakin onun komandası yoxlama oyununda Kanadaya 0:3 hesabı ilə uduzub.