featured-image-52238

“Həqiqətən yaxşı futbolçu qazandıq. Emreli komandaya güc qata biləcək”.

Msport.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze deyib.

46 yaşlı mütəxəssis Almaniya klubuna keçən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferinə münasibət bildirib. Onun sözlərinə görə, komandasının həmyerlimizlə güclənməsi yerinə düşüb: “Emrelinin fiziki göstəriciləri ikinci divizionda yaxşı mübarizə aparmağa imkan verir. Onun təcrübəsi var və əsl mübarizə liqasına gəlib. Robin Knok kimi əla xarakterə və köklənməyə sahibdir. O, çox yaxşı futbolçudur. Əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir”.

Qeyd edək ki, Mahir yeni komandası ilə 1 illik müqavilə imzalayıb. 27 yaşlı futbolçunun sindesmotik bağ zədəsi səbəbindən II Bundesliqada debütünün nə vaxt olacağı bəlli deyil.

Bənzər xəbərlər