featured-image-54276

Almaniyanın II Bundesliqa klubu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emreli haqqında danışıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis hücumçunun yaşıl meydanlara qayıdışının yubanmasından söz açıb:

“Bu oyunu istisna etmək istəmirəm. Demişdik ki, Mahiri “Maqdeburq”la matça çatdıra bilməsək, “Ulm”la oyuna hazırlayacağıq. Amma bərpa prosesi düşündüyümüzdən bir az uzun çəkdi. Bəlkə də bizim daha 2, 3 günə ehtiyacımız olacaq”.

Qeyd edək ki, “Nürnberq” – “Ulm” oyunu sentyabrın 14-də keçiriləcək. Mahir Emrelinin komandası 4 turdan sonra 4 xalla 13-cüdür.

Bənzər xəbərlər