featured-image-50460

Misir millisinin və “Fyüçe” klubunun üzvü Əhməd Refaat yerli çempionatın oyunu zamanı ürək tutmasından sonra ölüb. Msport.az xəbər  verir ki, hücumçunun 31 yaşı var idi.

Misir Futbol Federasiyasının direktorlar şurası futbolçunun yaxınlarına başsağlığı verib.

Reffat “Əl İttihad”la martın 11-də keçirilən oyun (0:0) zamanı özünü pis hiss edib. Final fitinə 2 dəqiqə qalmış futbolçu yıxılaraq huşunu itirib. Oyun dayandırılıb, Refaat isə xəstəxanaya aparılmışdı. O, o vaxtdan komada idi.

Qeyd edək ki, Refaat Misir millisində 7 oyun keçirib.

 

Bənzər xəbərlər