MLS-dən Messiyə sürpriz təklif
MLS liqası klubları Lionel Messini dəvət etməyin yeni mexanizmini hazırlayıblar.
Msport.az xəbər verir ki, bu barədə İspaniyanın “Spor” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, uzun müddətdir ki, argentinalı futbolçu ilə maraqlanan “İnter Mayami” onun maaşını tam şəkildə ödəmək iqtidarında deyil.
Bununla əlaqədar olaraq, bir neçə həftə əvvəl MLS klubları rəhbərləri bir araya gələrək, məsələni müzakirə ediblər. Onlar razılığa gəliblər ki, Messinin əməkhaqqısının müəyyən hissəsini bütün klublar ödəyəcək. Dünya çempionu artıq hansı klubu istəsə, özü seçəcək.
Komandaların belə addım atmasının səbəbi odur ki, Messi gəlsə, MLS-də teleyayım gəlirləri xeyli artacaq.
ANAR ABDULLAYEV







