featured-image-62132

“Forbes” 2025-ci il üçün MLS-in ən bahalı klublarının adlarını açıqlayıb. Matc.az xəbər verir ki, Amerika nəşri son sövdələşmələri araşdıraraq reytinqi yeniləyib.

Jurnal açıq maliyyə informasiyalarını təhlil edib və 50-dən çox klub rəhbəri, sahibkar, investisiya bankiri və sənaye insayderləri ilə müsahibələr aparıb. Reytinqə bu ildən liqada oynamağa başlayan “San-Dieqo” daxil edilməyib.

İlk “onluq”da yer alan klublar:

  1. “Los-Anceles” – 1,25 milyard dollar
  2. “İnter Mayami” – 1,2 milyard
  3. “Los-Anceles Qalaksi” – 1 milyard
  4. “Atlanta Yunayted” – 975 milyon
  5. “Nyu-York Siti” – 875 milyon
  6. “Ostin” – 825 milyon
  7. “Sietl Saunders” – 800 milyon
  8. “Di Si Yunayted” – 785 milyon
  9. “Kolambus Kryu” – 735 milyon
    10. “Sinsinnati” – 730 milyon

Bənzər xəbərlər