featured-image-59669

İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç bu gün “Malyorka”ya qarşı keçirəcəkləri İspaniya Superkubokunun yarımfinal oyununu buraxacaq.

Msport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçi səhhətindəki problemə görə sözügedən qarşılaşmada iştirak etməyəcək. Təcrübəli oyunçunun virusa yoluxduğu bildirilib.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bənzər xəbərlər