featured-image-29459

“Real Madrid” Luka Modriçin müqaviləsini növbəti mövsümün sonunadək uzadıb.

Msport.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, “kral klubu” 37 yaşlı yarımmüdafiəçiylə tam razılıq əldə edib. Yaxın günlərdə rəsmi açıqlama ediləcək.

Modriçin daha öncə Səudiyyə Ərəbistanı klublarından birindən gələn illik 40 milyon avroluq təklifini rədd etdiyi deyilirdi.

Xorvatiyalı futbolçu 2012-ci ildən “Real”ın şərəfini qoruyur. O, cari mövsüm ərzində 45 oyunda iştirak edib, 6 qol və eyni sayda assist müəllifidir.

Royal Türksoy

Bənzər xəbərlər