featured-image-31151

“Real”ın yarmmüdafiəçisi Luka Modriç komandanı tərk edəcək. Msport.az xəbər verir ki, bu iddianı “Sport.es” irəli sürüb.

Nəşrin yazdığına görə, xorvatiyalı futbolçu Səudiyyə Ərəbistanı klubu 3 illik müqavilə imzalayıb. 37 yaşlı oyunçu 120 milyon avro qazanacaq.

O, Xorvatiya millisində çıxışını davam etdirmək istəyir və Avro-2024-də oynamaq arzusundadır.

Modriçin “Real”la müqaviləsi iyunun sonunda başa çatır. Bir neçə gün öncə tərəflərin yeni anlaşma ilə bağlı razılığa gəldiyi bildirilirdi.

Bənzər xəbərlər