featured-image-24171

Xorvatiya millisinin üzvü Luka Modriç DÇ-2022-də geyindiyi formanı Türkiyə səfirliyinə hədiyyə edib. Msport.az xəbər verir ki, formanın satışından əldə olunacaq gəlir zəlzələdə əziyyət çəkənlərə ayrılacaq.

Türkiyənin Xorvatiyadakı səfiri Yavuz Selim Kıran tvitterdə ulduz futbolçuya təşəkkür edib: “Xorvatiya yığmasının və “Real”ın ulduz futbolçusu dünya çempionatında Mərakeş millisinə qarşı oyunda geyindiyi formanı zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə bizim səfirliyə təqdim etdi. Təşəkkürlər, Modriç”.

media-rue247cdf9bdd

ANAR ABDULLAYEV

 

 

 

Bənzər xəbərlər