featured-image-39072

İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “El Klassiko”larda meydana çıxan ən yaşlı oyunçu olub.

Xorvatiyalı futbolçu bunu 38 yaş 47 günündə bacarıb. Modriç “kral-klubu”nun sabiq futbolçusu Pako Buyonu geridə qoyub. O, 1996-cı ildə 38 yaş 38 günündə “Barselona” ilə qarşılaşmada iştirak edib.

Qeyd edək ki, “Real” XI turda Kataloniya klubunu səfərdə 2:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər