Modriç İngiltərə klubunu alır
“Real Madrid”in futbolçusu Luka Modriç İngiltərənin “Svansi” klubunun sahibi olmağa hazırlaşır.
Msport.az xəbər verir ki, artıq tərəfləra arasında müqavilənin bütün detalları razılaşdırılıb.
Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Ulduz futbolçunun əsas hədəfi komandanı tezliklə Premyer Liqaya qaytarmaq olacaq.
Qeyd edək ki, “Svansi” hazırda Çempionşipdə çıxış edir.