featured-image-28441

“Real”ın prezidenti Florentino Peres Luka Modriçlə şəxsi söhbətdə müqavilənin daha bir il uzadılacağını deyib. Msport.az “Relevo”ya istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü karyerasını Madrid klubunda başa vurmaq istəyir.

Mövsümün sonunda 37 yaşlı futbolçuya yeni müqavilə təklif olunacaq. Yarımmüdafiəçi təklif edilən şərtlərdən razı qalıb. Modriç və ailəsi özünü Madriddə yetərincə rahat hiss edirlər.

O, bu mövsüm bütün turnirlərdə 42 oyunda 6 qol vurub və altı məhsuldar ötürmə verib.

ANAR 

Bənzər xəbərlər