Modriç karyerasını MLS-də davam etdirə bilər
İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç karyerasını ABŞ-də davam etdirə bilər.
Msport.az “The Atletic” nəşrinə istinadən xəbər verir ki, hazırda MLS klubları və Xorvatiya təmsilçiləri 38 yaşlı yarımmüdafiəçi heyətinə qatmaq istəyir.
Təcrübəli oyunçu hazırda karyerası ilə bağlı qərar verməyib. Onun “Real”la hazırkı müqaviləsi yayda başa çatacaq.
Qeyd edək ki, Modriç cari mövsüm 29 matçda meydana çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.