featured-image-57517

Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Luka Modriç daha bir il futbol oynamağa davam edəcək.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı futbolçu “kral klubu” ilə müqaviləsini yeniləməyəcəyi təqdirdə, ölkəsinə qayıdacaq. O, sabiq klubu “Dinamo”da (Zaqreb) ən azı bir il peşəkar səviyyədə çıxış etmək istəyir.

Xorvatiya təmsilçisinin baş məşqçisi Nenad Byelitsa Modriç kimi futbolçuya qapılarının hər zaman açıq olduğunu bildirib.

Qeyd edək ki, karyerası ərzində indiyədək 807 rəsmi matçda iştirak edən L. Modriç 86 qol və 134 məhsuldar ötürmə ilə yaddan qalıb.

Bənzər xəbərlər