featured-image-44015

İspaniyanın “Real” klubunun xorvatiyalı ulduz futbolçusu Luka Modriç Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə komanda yoldaşı ola bilər.

Msport.az “Sata24” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi “Dinamo”dan təklif alıb.

Zaqreb təmsilçisinin prezidenti Mirko Barişiç oyunçu ilə əlaqə saxlayıb, lakin Modriç hələlik transferə razılıq verməyib.

Qeyd edək ki, “Dinamo”nun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib. 2018-ci ildə “Qızıl top”u qazanan yarımmüdafiəçinin “Real”la müqaviləsinin müddəti yayda başa çatacaq.

Zaqreb klubunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.

Bənzər xəbərlər