featured-image-42173

“Real” klubunun futbolçusu Luka Modriç İspaniya vergi orqanlarına qarşı məhkəmədə qalib gəlib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi 3,5 milyon avro təzminat alacaq.

2018-ci ildə xorvatiyalı oyunçu 2012-ci ildən 2014-cü ilədək İspaniyada vergidən yayınma ittihamı ilə şərti 8 il həbs cəzası alıb və 1,2 milyon avro ödəməyə məcbur edilib. Modriç qərardan apellyasiya şikayəti vermişdi.

Futbolçu İngiltərə təmsilçisi “Tottenhem”dən “Kral klubu”na yeni keçdiyi üçün 2012-ci ildə bu ölkənin vergi rezidenti olmadığını bildirib. Məhkəmə isə yarımmüdafiəçinin arqumenti ilə razılaşıb.

Bənzər xəbərlər