Modriç “Milan”ın təklifini qəbul etdi
Xorvatiya millisi və “Real”ın futbolçusu Luka Modriç karyerasını İtaliyada davam etdirəcək.
Msport.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi “Milan”a keçməyə razılıq verib. O, “rossonerilər”lə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq.
Danışıqlar son mərhələdədir. İddiaya görə, Modriç uşaqlıqdan “Milan” azarkeşi olub.
Luka Modriçin “Real”la müqaviləsi bu ilin yayında başa çatacaq. Beləliklə, Milan təmsilçisi 39 yaşlı futbolçunu azad agent kimi heyətinə qatacaq.
Modriç 2012-ci ildən “Real”da çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi komanda ilə 28 kubok qazanıb.