featured-image-42806

“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçin klubdakı gələcəyinə aydınlıq gəlib.

Msport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 38 yaşlı müdafiəçi Madrid klubu ilə gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil. O, komandadan ayrılmaq istəyir.

Modriç 2012-ci ilin avqustundan “Real”da çıxış edir. Nüfuzlu “Transfermarkt” internet portalı Lukanın hazırkı transfer dəyərini 10 milyon avro qiymətləndirir.

Bu mövsüm Modriç İspaniya çempionatında 16 oyun keçirib, 1 qol vurub və 4 qolun ötürməsini verib.

Bənzər xəbərlər