Modriç “Real”ı tərk edir – Anlaşa bilmədilər
“Real”ın yarımmüdafiəçisi Luka Modriçin bu yay Madrid klubunu tərk etmək ehtimalı yüksəkdir.
Msport.az COPE-yə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu bu həftəsonu komandadan ayrılacağını açıqlayacaq.
İddiaya görə, 39 yaşlı yarımmüdafiəçi və “kral klubu” müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib.
Modriç 2012-ci ildən “Real” çıxış edir. Bu mövsüm o, 55 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.