“Modriç Tanrının futbola hədiyyəsidir” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “Jirona” üzərində qələbəni (2:0) şərh edib.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis Luka Modriçin çıxışını xüsusi vurğulayıb:
“O, Tanrının futbola hədiyyəsidir. İstədiyi qədər oynaya bilər. Nə etdiyini çox yaxşı bilir. “Real” Modriçə, o isə komandaya sahib çıxmağı bacardı.
“Mançester Siti” ilə oyunda nümayiş etdirilən ruh və fədakarlıq səviyyəsini təkrarlamaq asan deyildi. Lakin çıxışımız xoşuma gəldi”.