featured-image-49906

Xorvatiya millisinin futbolçusu Luka Modriç yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, kapitan Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçu olub.

O, Almaniya təşkil olunan AVRO-2024-də İtaliya ilə görüşdə 38 yaş 289 günündə fərqlənib.

54-cü dəqiqədə penaltidən istifadə edə bilməyən Modriç cəmi 1 dəqiqə sonra dəqiq zərbə ilə topu qapıdan keçirib. O, Avstriya yığmasının hücumçusu İvitsa Vastiçin rekordunu 12 gün təzələyib. Vastiç AVRO-2008-də 38 yaş 257 günündə fəqlənib.

Qeyd edək ki, İtaliya – Xorvatiya matçı 1:1 hesabı ilə yekunlaşıb.

Bənzər xəbərlər