featured-image-38413

Xorvatiya millisinin kapitanı Luka Modriç və İspaniya seçməsinin futbolçusu Qavi AVRO-2024-ün ötən gün keçirilmiş oyunlarından sonra tarixə düşüblər.

Msport.az xəbər verir ki, Modriçin peşəkar karyerasındakı 1000-ci oyunu Uelsə 1:2 hesabı ilə uduzduqları qarşılaşmaya təsadüf edib.

Qavi isə Norveçlə görüşdə 25-ci dəfə fığmanın formasını geyinib. 19 yaş 67 günlüyündə bunu bacaran yarımmüdafiəçi millidə 25 görüşə ən gənc yaşda çatan oyunçu ünvanına yiyələnib. Qarşılaşmada ispanlara 1:0 hesablı qələbə qazandıran yeganə qola da məhz Qavi imza atıb. Maraqlıdır ki, “buğalar”ın oyun sayında rekordçusu olan Serxio Ramos 20 yaşına qədər cəmi 3 matçda iştirak edib.

Bənzər xəbərlər