featured-image-32278

“Real” Luka Modriçlə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, xorvatiyalı futbolçu daha bir il Madrid klubunda çıxış edəcək.

37 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Real”ın heyətində 51 oyun keçirib 6 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xorvatiya millisinin kapitanına Səudiyyə Ərəbistanı komandalarından təkliflər olsa da, o, Avropada qalmaq istəyib.

Bənzər xəbərlər