Modriç 26 ildən sonra rekordu qırdı
Luka Modriç 26 ildən sonra İspaniyanın “Real” klubunda rekorda imza atıb.
Msport.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi buna “Kadis”ə 3:0 hesabı ilə qalib gəldikləri La Liqanın XIV turunun matçında iştirak etməklə nail olub.
Modriç 35 yaşdan sonra komandada 161-ci qarşılaşmasını keçirib. O, bu göstəriciyə görə 1986-1997-ci illərdə “Kral klubu”nun formasını geyinmiş Fransisko Buyonu (160 oyun) geridə qoyub.







