featured-image-43803

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti Luka Modriçə məşqçilər heyətində iş təklif edib.

Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, mütəxəssis, yarımmüdafiəçi 2024/25 mövsümündən sonra karyerasını başa vurmaq qərarına gələrsə, onu özünə köməkçi etməyə hazırdır.

Təklif iki ay əvvəl verilib və həmin vaxt futbolçu bundan imtina edib. Ancaq hazırda 38 yaşlı oyunçunun bu təklifi qiymətləndirməyi düşündüyü vurğulanıb.

“Real”ın Modriçlə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Bənzər xəbərlər