featured-image-49121

İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriçlə müqavilənin müddətini uzadacağı dəqiqləşib.

Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Artıq tərəflər arasındakı danışıq yekunlaşıb və 38 yaşlı yarımmüdafiəçi daha bir mövsümü Madrid klubunda keçirəcək. O, digər klubların təkliflərini rədd edib.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real”da çıxış edir.

Bənzər xəbərlər