featured-image-40269

“Molde”nin futbolçusu Kristian Eriksen “Qarabağ”a qarşı keçirdikləri V tur oyunundan sonra Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizəd olub.

Msport.az xəbər verir ki, o, bunun üçün  “Liverpul” klubundan Kodi Qakpo, Fransanın “Marsel” komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi “Frayburq”dan Mixael Qreqoritş ilə mübarizə aparmalı olacaq.

Eriksen 2:2 hesabı ilə başa çatan görüşdə komandasının hər iki qolu vurub.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Bənzər xəbərlər