featured-image-33417

“Monako” isveçrəli qapıçı Fillip Könü transfer edib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu 5 illik müqaviləyə imza atıb.

Qolkiperin son klubu “Zaltsburq” olub.

Alman futbolunun yetirməsi olan Kön “Şalke”, “Ştutqart”, “Leyptsiq” kimi klubların gənclər komandalarında çıxış edib.

O, ötən mövsüm “Zaltsburq”un heyətində 42 oyunda meydana çıxıb.

Ötən mövsüm “Monako”da icarə əsasında oynayan qapıçı Aleksandr Nübel öz komandası – “Bayern”ə qayıdıb.

ANAR 

Bənzər xəbərlər