featured-image-62091

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella “Yuventus”un futbolçusu Kənan Yıldızı tərifləyib.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis “ay-ulduzlular”ın hücumçusunun təkcə öz oyunu ilə deyil, xarakteri ilə də diqqət mərkəzinə düşdüyünü bildirib.

Hətta o, türkiyəli ulduza elçi də düşüb: “Yıldız tamamilə futbola konsantrasiya olunub. Təkcə təmiz simaya deyil, həm də təmiz ruha sahibdir. Mən qız atasıyam. Gələcəkdə kürəkənimin belə bir insan olmağını istərdim”.

Montellanın kızı Maddalenanın 16, Kənan Yıldızın ise 19 yaşı var.

Bənzər xəbərlər