featured-image-66484

“Milan” Alvaro Moratanı “Komo”ya satmağa razıdır.

Msport.az xəbər verir ki, klublar ispaniyalı hücumçunun transferi ilə bağlı danışıqlar aparır.

“Rossonyerlər” bu satışdan 15–18 milyon avro gəlir əldə etmək istəyirlər. Lakin əvvəlcə Moratanın qışdan bəri çıxış etdiyi “Qalatasaray”la olan icarə müqaviləsi ləğv olunmalıdır.

Qeyd edək ki, İspaniya millisinin üzvü 2024-25 mövsümündə A Seriyasında 16, Türkiyə çempionatında isə 12 oyun keçirib və ümumilikdə 11 qol vurub.

Bənzər xəbərlər