featured-image-35014

“Atletiko Madrid” yaxın vaxtlarda futbolçusu Alvaro Moratayla yeni müqavilə imzalayacaq.

Msport.az xəbər verir ki, yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulacaq. Morata rəhbərlik və baş məşqçi Dieqo Simeone ilə danışdıqdan sonra komandada qalmağa qərar verib. Onun, “İnter”, “Milan”, “Roma” və Səudiyyə Ərəbistanı klublarından təklifi var idi.

Qeyd edək ki, Morata ötən mövsüm ərzində 45 oyunda iştirak edib, 15 qol və 3 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər