Morata İtaliyaya qayıdır
“Qalatasaray”ın “Milan”dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.
Mspot.az xəbər verir ki, “Komo” ispaniyalı hücumçunun keçidini həll edib.
32 yaşlı forvardın transferinin yaxın günlərdə açıqlanacağı bildirilib.
Qeyd edək ki, “Qalatasaray” Alvaro Moratanı bu ilin fevral ayında icarəyə götürüb. İspaniya millisinin kapitanı “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.