featured-image-50898

İspaniya millsinin və “Atletiko” klubunun futbolçusu Alvaro Morata karyerasını yenidən İtaliyada davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira “X” hesabında paylaşım edib.

Forvard “Milan’la müqavilə bağlayacaq.

Keçid AVRO-2024-ün finalından sonra əvvəl baş tutacaq.

31 yaşlı futbolçunun özü artıq Milan klubu ilə 4 illik sözləşməyə razılaşıb və hazırda futbolçu azad agent olmasa da, Madriddən bu transferə heç bir maneə gözlənilmir.

Qeyd edək ki, daha əvvəl Morata İtaliyada “Yuventus”un formasını geyinib.

Bənzər xəbərlər