featured-image-63874

İcarə əsasında “Qalatasaray”da çıxış edən Alvaro Morata barəsində qeyri-qanuni platformalarda idman mərclərinə görə irəli sürülən ittihamlara münasibət bildirib.

Msport.az xəbər verir ki, müqavilə ilə “Milan”a məxsus olan ispaniyalı hücumçu bunu təkzib edib.

Morata bununla bağlı sosia şəbəkədə paylaşım edib: “Yayılan məlumatları gördüm və aydınlaşdırmaq istəyirəm ki, bu illər ərzində Fajoliyə yeganə köməyim ona dost kimi və məndən daha çox təcrübəyə malik bir insan kimi karyera ilə bağlı məsləhətlər vermək olub. Onun vəziyyəti barədə heç nə bilməmişəm və bununla heç bir əlaqəm yoxdur. Sizdən xahiş edirəm ki, yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymayasınız. Təkrar edirəm: yayılan məlumatların hamısını təkzib edirəm, çünki onlar yalandır”.

Qeyd edək ki, yenilənmiş şübhəlilər siyahısına həmçinin Veston Makkeni (“Yuventus”), Mattia Perin (“Yuventus”), Anxel Di Mariya (“Benfika”), Leandro Paredes (“Roma”), Alessandro Florenzi (“Milan”), Nikolo Zaniolo (“Qalatasaray”) və digər bir sıra futbolçular daxil edilib. Onların hamısı qeyri-qanuni platformalarda idman mərcləri etməyib. Bəziləri onlayn poker və kazino oyunlarına görə istintaqa cəlb olunub.

Bənzər xəbərlər