Mourinyo 34 yaşlı hücumçunu istəyir
“Bolonya”nın hücumçusu Marko Arnautoviç karyerasını “Roma”da davam etdirə bilər.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo komandada təcrübəli hücumçu görmək istədiyi üçün rəhbərlikdən avstriyalı futbolçunun transferini istəyib. Markonun agenti artıq “Roma” rəhbərliyiylə danışıqlar aparıb və iki illik müqavilə imzalamağa razılaşıblar. Hazırda yeganə maneə “Bolonya”nın 34 yaşlı futbolçunu satmaq istəməməsidir.
Qeyd edək ki, Arnautoviç 2021-ci ilin yayından “qırmızı-göylər”in şərəfini qoruyur. Onun müqaviləsi 2025-ci ilin iyununa qədərdir.







