featured-image-25448

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının formatından narazıdır. Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, portuqliyalı mütəxəssis Çempionlar Liqasında klubların Avropa Liqasına gəlməsinin yanlış olduğunu söyləyib:

“Avropa Liqasında elə komandalar var ki, məncə, orda olmalı deyillər. Əgər onlar Çempionlar Liqasından kənarda qalırlarsa, evlərinə getməlidirlər. Avropa Liqasını Çempionlar Liqasından gələn klub qazansa, bu mənim üçün mənasız olacaq.

Avropa Liqası bütün turniri keçən komandalar üçün bir yarış olmalıdır. Mən deyirəm ki, “Latsio” indi üçüncü turnirə keçməyəcək axı, elə deyil? (“Latsio” “AZ Alkmaar”a uduzaraq Konfrans Liqasından kənarda qalıb). Belə də olmalıdr”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər