Mourinyo bu ulduz futbolçunun alınmasını istəyir
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo İlkay Gündoğanın xidmətlərində maraqlıdır. Msport.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis “Barselona”nın 33 yaşlı futbolçusunu razı salmağa çalışır.
Almaniya millisinin üzvü “Barsa”ya 2023-cü ilin yayında keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. “Transfermarkt” onun dəyərini 15 milyon avro qiymətləndirir.