featured-image-29010

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”nin təklifindən imtina edib. Msport.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, portyqaliyalı mütəxəssis İtaliyadakı fəaliyyətini davam etdirmək istəyir.

Mənbənin sözlərinə görə, London klubu bu yaxınlarda 60 yaşlı mütəxəssislə əməkdaşlıq barədə danışıq aparıb. Danışıqlar zamanı Mourinyo “Roma”da qalmaq istədiyini və müqaviləsinin sonuna kimi işləmək arzusunu dilə gətirib.

Portuqaliyalı məşqçi bu yaxınlarda “Roma”nın sahibi ilə görüşüb özünün və komandanın gələcəyi ilə bağlı söhbət edəcək.

Xatırladaq ki, Mourinyo iki dəfə – 2004-ün yayından 2007-nin payızına kimi və 2013-cü ilin yayından 2015-in sonuna qədər “Çelsi”yə rəhbərlik edib.

O, London klubunda 3 dəfə İngiltərə çempionu olub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər