Mourinyo ərəblərin 30 milyon avrosundan imtina etdi
Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Joze Mourinyonu baş məşqçi postuna gətirmək istəyib.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano tviterdə paylaşım edib.
Kalidu Kulibali, Ruben Neveş kimi futbolçuları transfer edən “Əl Hilal” bu ayın əvvəlində portuqaliyalı mütəxəssisə 30 milyon avroluq təklif göndərib.
60 yaşlı mütəxəssis bundan imtina edərək bütün diqqətini “Roma”ya yönəltdiyini bildirib.
ANAR







