featured-image-65074

Türkiyənin “Fənərbaxça” klubuna başçılıq edən Joze Mourinyo Portuqaliya millisinin sükanı arxasına keçir.

Msport.az xəbər verir ki, mütəxəssis Portuqaliya Futbol Federasiyası ilə ilkin razılıq əldə edib. Bu barədə HT Spor məlumat yayıb.

İddiaya görə, Mourinyo iyunda Millətlər Liqasının final turnirindən sonra milli komandaya rəhbərlik edəcək.

Portuqaliya millisinə hazırda Roberto Martines başçılıq edir. Mourinyo ötən ilin yayından “Fənərbağça”da çalışır və hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bənzər xəbərlər