Mourinyo hakimi təhqir etdi - VİDEO
“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının “Sevilya” ilə final oyunundan (1:1, pen-1:4) sonra baş hakim Entoni Teylorla mübahisə edib.
Msport.az xəbər verir ki, hakimlikdən narazı qalan portuqaliyalı mütəxəssis Budapeştdəki stadionun dayanacağında ingiltərəli hakimin qarşısını kəsərək onu təhqir edib: “Sən biabırçı oyun idarə etdin. Sən biabırçılıqsan. Səsini kəs”.
Referi maşına oturmaq üçün Mourinyodan aralandıqdan sonra “Roma”nın çalışdırıcı yenidən avtomobilə yaxınlaşıb və deyib: “Təbrik edirəm, sən biabırçı oyun idarə etdin”.
Qeyd edək ki, Teylor “Roma”nın futbolçularına 7 sarı vərəqə göstərib. İngiltərəli hakim 75-ci dəqiqədə İtaliya klubunun qapısına penalti təyin etmək istəsə də, VAR müdaxiləsindən sonra qərarını dəyişib.
ANAR







